Sözügedən stadion əvvəlki illərdə "Neftçi" və "Qarabağ" klublarının müvəqqəti olaraq Premyer Liqa oyunlarına ev sahibliyi etmişdir. "Sabah" Futbol Klubu yüksək liqada "Bank Respublika Arena"dan əsas stadion kimi istifadə edən ilk klubdur. Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə ikinci ən çox azarkeş məhz bu stadionunda keçirilən "Sabah" FK — "Qarabağ" FK oyununda qeydə alınıb. Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnən görüşü 4600 nəfər tribunadan canlı izləyib.
"Vətən" 1967-ci ildə uşaq və gənclər futbol məktəbi kimi təsis olunmuşdur. İlk illərində "Vətən" Futbol Məktəbinə Azərbaycanın futbol əfsanəsi Ələkbər Məmmədov rəhbərlik etmişdir. 26 dekabr 2007-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı ilə məktəbin adı rəsmi olaraq "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi olmuşdur.
Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı. Klubun loqosu və rəngləri[redaktə | mənbəni redaktə et] "Sabah"ın loqosunda klubun adı üzərində təsvir edilən günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir. Qalxan isə müdafiə əzminin, oyunda komandanın qapısının toxunulmazlığının ifadəsidir. "Sabah"ın əsas rəngləri göy-ağdır. Bu rənglər ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Rəhbərlik və Müşahidə şurası[redaktə | mənbəni redaktə et] "Sabah" Futbol Klubunun təsisçisi "Bridge Group of Companies"-in rəhbəri Yaqub Hüseynovdur. "Sabah"ın prezidenti Maqsud Adıgözəlovdur. Klubda Müşahidə Şurası (MŞ) da fəaliyyət göstərir. MŞ 5 üzvdən ibarətdir – Firudin Qurbanov (Azərbaycan Respublikası təhsil nazirinin müavini), İqor Ponomaryov (azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası), Rəhman Hacıyev ("1news.
Sabah FK — VikipediyaSabah FK Ölkə Azərbaycan Ləqəb(lər) Tələbələr Rəng(lər) Ağ-Göy Yaranma tarixi 08. 09. 2017 Stadionu Bank Respublika Arena Tutumu 13000 Prezidenti Maqsud Adıgözəlov Baş məşqçisi Murad Musayev Liqa Azərbaycan Premyer Liqası 2021-2022 5 Ev forması Səfər forması Rəsmi saytı Sabah FK — Bakını təmsil edən peşəkar futbol klubu. Klub 2018–2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. "Sabah" FK ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. Tarixi[redaktə | mənbəni redaktə et] "Sabah" I Divizionda (2017–2018) "Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub.
az" saytının və "Bakinskiy raboçiy" qəzetinin rəhbəri), Rauf Xəlilov (sahibkar), Yaqub Hüseynov (sahibkar). Müşahidə Şurasının sədri Firudin Qurbanovdur. Forma[redaktə | mənbəni redaktə et] Klub geyim dəstində göy-ağ rənglərdən istifadə edir. "Sabah"ın əsas geyimi göy-ağ-göy, ehtiyat geyimi isə ağ-göy-ağ rəngdədir. Klub I Divizionda çıxış etdiyi zaman İspaniyanın "Joma" firmasının geyim dəstindən istifadə edirdi. "Sabah" Premyer Liqaya vəsiqə qazandıqdan sonra "Joma"nı İtaliyanın "Macron" firmasıyla əvəzlədi. 2020-ci ildən komanda "Nike" firmasının geyim dəstindən istifadə edir. Stadion[redaktə | mənbəni redaktə et] "Sabah" Futbol Klubu ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir.
Komandanın Heyəti[redaktə | mənbəni redaktə et] Nömrə Mövqeyi Futbolçu 1 GK Səlahət Ağayev 32 Rustam Samiqullin 2 DF Amin Seydiyev Arsen Ağcabəyov 3 Zurab Oçiqava 14 Slavik Alxasov 34 Bəxtiyar Həsənalızadə 55 Şpiro Periçiç 77 MF Veysəl Rzayev 4 Elvin Camalov 29 Ceyhun Nuriyev 66 Abdulla Xaybulayev 8 Şakir Seyidov 6 İdris İnqilablı 10 Aleksey İsayev 17 Xuan Kamara 20 Coy-Lens Mikels 11 FW Kristian Sebalyos 21 İldar Alekperov 24 Mixeili Erqemlidze 26 Tiemoko Fofana 9 Xulio Rodriqes Məşqçilər heyəti[redaktə | mənbəni redaktə et] Vəzifə Ad, soyad Baş məşqçi Baş məşqçinin birinci köməkçisi Artur Olenin Baş məşqçinin ikinci köməkçisi Ruslan Qafitullin Qapıçılar üzrə məşqçi Vitali Kovalyov Fiziki hazırlıq üzrə məşqçi Vitali Korneyev Əvəzedici heyətin baş məşqçisi İlqar Mənsimov Akademiya[redaktə | mənbəni redaktə et] "Sabah" Futbol Klubu "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir.
(CANLI HD!) Sabah Sumqayıt canlı 7 avgust 2022 | Profile 5 months ago. Sabah FC. Sabah 0-1 Neftçi #sabahfc #sabahneftçi“⚽️ Yoxlama oyunu. “Neftçi” – “Keşlə” 🗓️ 13 noyabr 14:00 NEFTÇİ PFK shared a post
"Bank Respublika Arena" 13 000 nəfər azarkeş tutumuna malikdir. "Sabah" Futbol Klubunun bu stadionda keçirilən oyunlarını orta hesabla 1500–2000 nəfər izləyir. Stadionun oyun meydançası təbii ot örtüyünü ilə əhatə olunmuşdur. Stadionun ərzisində futbolçuların soyunub geyinmə otaqları, tibb məntəqəsi, mətbuat konfransı üçün nəzərdə tutulmuş zal ilə yanaşı, dəvətlilərin oyunları izləməsi üçün xüsusi otaqlar mövcuddur.
"Vətən" Futbol Məktəbinin Bakı şəhərində yerləşən iki kampusu mövcuddur. Bu futbol məktəbində Bakı şəhərindən olanlarla yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaq və yeniyetmələr də məşq edir. "Vətən" Futbol Məktəbinin futbolçularından ibarət komandalar mütəmadi olaraq xaricdə təşkil olunan beynəlxalq futbol turnirlərində çıxış etmək imkanı qazanırlar. Uzun müddətdi fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018-ci il mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan "Vətən" RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib.
(CANLI IZLƏ>) Sabah Neftçi oyunu canlı 20 avgust 2022 | Profile 20 Ağustos 2022 Sabah Bakü vs Neftçi Bakü maçı Hangi Sabah Bakü ile Neftçi Bakü arasındaki Azerbaycan Premier Ligi maçı, CBC Sport kanal(lar)ından